Lənkəranda 2 mərtəbəli yaşayış evi  yanıb kül oldu
12 yanvar 2026 00:33 (UTC +04:00)

Lənkəranda 2 mərtəbəli yaşayış evi yanıb kül oldu

0

Lənkəranda fərdi yaşayış evi yanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Elvin Nuriyevə məxsus ümumi sahəsi 480 m² olan, 2 mərtəbəli, 6 otaq və 1 aynabənddən ibarət fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Dərhal hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 texnikası və 16 nəfər canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Araşdırmalardan sonra yanğının hansı səbəbdən baş verdiyi məlum olacaq.

Qeyd edək ki, yanğın səbəbinə görə Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində iki saata yaxın fasilə yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar