Lənkəranda mürəbbədən sonra  qarət etdiyi evi yandıran   TUTULDU
17 yanvar 2026 16:07 (UTC +04:00)

Lənkəranda mürəbbədən sonra qarət etdiyi evi yandıran TUTULDU

0

Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıblar.

Onlardan psoxotrop tərkibli metadon həbləri də aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Elçin Quliyev Göyşaban kəndində 2 mərtəbəli 8 otaqlı evə oğurluq üçün girib. Evdə heç kim olmadığını görən şəxs mətbəxdə əvvəlcə mürəbbə yeyib. Sonra isə evi qarət edərək, mənzili yandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar