Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Babək prospektində baş verib. Elçin Aydın oğlu Qazıbəyovun idarə etdiyi “Honda” markalı avtomobilin idarəetməsini itirərək ağaca çırpılıb, sonra yolun kənarında dayanan şəxsləri vurub.
Hadisə nəticəsində Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.