Məhkəmədən Nazim Bəydəmirli barədə YENİ QƏRAR
24 iyun 2025 18:15 (UTC +04:00)

Məhkəmədən Nazim Bəydəmirli barədə YENİ QƏRAR

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar