Minik avtomobili ağaca çırpıldı, xəsarət alanlar var 
01 iyun 2022 22:53 (UTC +04:00)

Minik avtomobili ağaca çırpıldı, xəsarət alanlar var 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

# 1815
avatar

Oxşar yazılar