Moskvada terror – Türkiyə  mediasında   saxlanılan terrorçularla bağlı yeni  TƏFƏRRÜATLAR
26 mart 2024 23:09 (UTC +04:00)

Moskvada terror – Türkiyə mediasında saxlanılan terrorçularla bağlı yeni TƏFƏRRÜATLAR

Türkiyə mediasının məlumatına görə, “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən iki nəfər Şamsidin Fariduni və Saidakrami Raçabalızoda Rusiya ilə Türkiyə arasında sərbəst hərəkət ediblər. Türkiyə təhlükəsizlik xidmətlərinin bildirdiyinə görə, şübhəlilər haqqında həbs qərarı olmayıb və bu, onların rahat səyahət etməsinə şərait yaradıb.

Lent.az bildirir ki, bu barədə Türkiyənin “Yetkinreport” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Saidakrami Raçabalızoda yanvarın 5-də İstanbula gəlib və yanvarın 21-dək otellərdən birində qalıb, Şamsidin Fariduni isə fevralın 20-də Türkiyəyə daxil olub, həmçinin Fatih rayonundakı oteldə qalıb. Sosial şəbəkələrdə onun Aksaray mikrorayonunda qalması göstərilir. Hər iki şübhəli martın 2-də eyni təyyarə ilə İstanbuldan Moskvaya uçub.

AFP agentliyinin təmsilçisinin sözlərinə görə, hər iki şübhəlinin Türkiyədə qısa müddət qaldıqları üçün Rusiyada radikallaşdıqları güman edilir. Lakin onların eyni oteldə yaşayıb-yaşamadıqları dəqiqləşdirilməyib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında sosial şəbəkələrdə Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” ticarət və əyləncə mərkəzində kütləvi atışma başlayıb. 

Rusiya İstintaq Komitəsi rəsmi açıqlamasında faciəvi rəqəmi təsdiqləyib: 25 mart saat 20:26-da ölənlərin sayı 139 nəfər olub. Onların əksəriyyəti, yəni 137 nəfər konsert zalında, ikisi isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

# 3336
avatar

Oxşar yazılar

Naxçıvanda siprtli içki içib  evini yandıran kişi öldü   - YENİLƏNİB

Naxçıvanda siprtli içki içib evini yandıran kişi öldü - YENİLƏNİB

9 may 2024 , 22:56
Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

9 may 2024 , 21:27
Bakıda qəza tıxac yartdı

Bakıda qəza tıxac yartdı

9 may 2024 , 20:35
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

9 may 2024 , 17:56
Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00