Müdafiə Nazirliyinin keçmiş rəisinin cəzası 6 ay azaldıldı
13 yanvar 2026 17:34 (UTC +04:00)

Müdafiə Nazirliyinin keçmiş rəisinin cəzası 6 ay azaldıldı

0

Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesində qərar elan olunub.

Lent.az xəbər verir ki,  qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Prokurorluq hökmdən apellyasiya protesti vermişdi.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest qismən təmin edilmişdi və hökm dəyişdirilərək ona 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdu.

Qeyd edək  ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Məlikməmməd Qurbanovun işlədiyi dövrdə dövlətə ümumilikdə 25 milyon 436 min manat ziyan dəyib. Pullar bölgü əsasında paylanılıb.

Cinayət işində M.Qurbanova 542 min 438 manat çatdığı müəyyələşdirilib və həmin pul tam olaraq dövlətə ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar