Nardaranda faciəli hadisə baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, martın 26-da Sabunçu rayonu, Nardaran kəndi ərazisində yerləşən qum karxanasında 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.