Naxçıvanda AĞIR QƏZA:  ölən və xəsarət alanlar var
23 aprel 2024 10:34 (UTC +04:00)

Naxçıvanda AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

"Chevrolet Nova" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs aldıqları xəsarətdən ölüblər. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu ağır vəziyyətdə Naxçıvan Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1695
avatar

Oxşar yazılar