Naxçıvanın icra başçısı qəzaya düşdü  - FOTO
12 noyabr 2022 22:53 (UTC +04:00)

Naxçıvanın icra başçısı qəzaya düşdü - FOTO

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzasına düşüb.

Lent.az xəbər verir ki, hadisə  Naxçıvan-Şərur avtomobil yolunun Əliabad qəsəbəsində keçən hissəsində qeydə alınıb.

 "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən Mirsənani Seyidovun şəxsi avtomobilinə çırpılıb. M.Seyidov heç bir bədən xəsarəti almayıb. Digər avtomobilin  sürücüsü isə yüngül xəsarət alıb. 

Qeyd edək ki, fotoları Naxçıvandan jurnalist Sara Əzimova yayıb.
 

# 4476
avatar

Oxşar yazılar