Nərimanovda yanğın söndürüldü, 15 nəfər xəstəxanaya yerləşdirildi -  YENİLƏNİB 2   -  VİDEO
31 mart 2024 23:29 (UTC +04:00)

Nərimanovda yanğın söndürüldü, 15 nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNİB 2 - VİDEO

Nərimanov rayonunda Sabit Rəhman küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-a məlumat verilib.

Yanğın nəticəsində hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

***
23:00


Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15-i uşaq olmaqla ümumilikdə 50 sakin təxliyə edilib.

Lent.az xəbər verir ki, bu barədə FHN DYMX Yanğsöndürmə Qərargahının rəis müavini, polkovnik-leytenant Taleh Babayev məlumat verib.

“Hazırda yanğın söndürülüb. Yanıq xəsarəti alanlarla bağlı hər hansı məlumat daxil olmayıb. Təcili tibbi yardım əməkdaşları tüstüdən zəhərlənənlərə yerində yardım göstərib. Yanğının baş vermə səbəbləri araşdırılır”, - Taleh Babayev nümayəndəsi bildirib.

FHN-dən qeyd olunub ki, 16 mərtəbəli yaşayış binasında şaxta boyunca 30 p.m elektrik naqilləri yanıb.

***
22:15





Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən Lent.az-a verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.


***
21:51

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən Lent.az-a verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

 

***
21:41

Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, bununla bağlı qurumun "112" qaynar telefon xəttinə olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.

# 5202
avatar

Oxşar yazılar

Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30
Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI -FOTO

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI-FOTO

17 may 2024 , 01:20
Bakıda AĞIR QƏZA:  Üç maşın toqquşdu -FOTO

Bakıda AĞIR QƏZA: Üç maşın toqquşdu -FOTO

17 may 2024 , 01:09
Bakıda gənc oğlan BIÇAQLANDI

Bakıda gənc oğlan BIÇAQLANDI

16 may 2024 , 22:06