ABŞ-da dəhşətli bir hekayə baş verib: ürək transplantasiyasından 13 il sonra bir kişi donoru ilə eyni dəhşətli aqibəti yaşayıb.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, 33 yaşlı Terri Kottl həyat yoldaşının ondan evdən çıxmasını istəməsindən sonra intihar edib. Mübahisə Terrinin əvvəlki evliliyindən qaynaqlanıb, lakin o, keçmiş həyat yoldaşı ilə ünsiyyət qurmağa davam edib ki, bu da hazırkı həyat yoldaşını narazı salıb. Beləliklə, nəhayət, Terri ondan getməsini istəyib. Daha sonra o, vanna otağına girib və özünü güllələyib.
Terri xəstəxanaya yerləşdirilsə də, 4 gün sonra vəfat edib. Daha sonra ürək problemləri olan Sonni Qrem yaşamaq şansı qazanıb. Həkimlər ürəyi ona uyğun olan bir donor tapdıqlarını açıqlayıblar. Həmin donor Terri Kottl olub.
Kişiyə orqan nəqli uğurla həyata keçirilib. Lakin dostları dəyişiklikləri hiss etməyə başlayıblar: Sonni tez-tez donorunun sevdiyi hot-doq yeyib və pivə içib. O, həmçinin Terri Kottlun dul arvadı Şerilə aşiq olub. Cütlük sonda evlənib.
Amma hər şey bununla bitməyib: ürək transplantasiyasından 13 il sonra kişi donorunun etdiyi kimi - özünü güllələyərək intihar edbi.
Bundan əvvəl o, pastora dəhşətli bir mesaj göndərib: "13 il əvvəl bu gün harada olduğunuzu xatırlayırsınız?"