Qaradağda YANĞIN:  Ölən var
03 oktyabr 2023 15:51 (UTC +04:00)

Qaradağda YANĞIN: Ölən var

Bakıda yaşayış evində yanğın olub.

Lent.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu, Ümid qəsəbəsində baş verib. Hadisə nəticəsində bir nəfər yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Ümid qəsəbəsində birmərtəbəli yaşayış evində yanğın olması ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və yaxınlığında olan evlərə keçməsinin qarşısı alınıb. Yanğın olan ərazidə aparılan tədqiqat zaman bir nəfərin meyiti aşkarlanıb.

# 1578
avatar

Oxşar yazılar