Yəmənli alpinist vulkan kraterinə  yıxılaraq öldü
14 iyun 2026 07:38 (UTC +04:00)

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq öldü

1

Təhlükəsizlik vasitələri olmadan təhlükəli hərəkətləri ilə tanınan yəmənli alpinist Əntar əl-Absi Damt vulkanının qaynayan kraterinə yıxılıb.

Lent.az xəbər verir ki, bu barədə Yəmən Mülki Müdafiə Xidmətinə istinadla Yemen Online məlumat yayıb. Hadisə Hörümçək Adam ləqəbi ilə tanınan Əntar əl-Absinin dırmanmasını lentə alan tamaşaçıların gözü qarşısında baş verib.

Xilasedicilər alpinistin yoxa çıxmasından dərhal sonra axtarış əməliyyatına başlayıblar. Onun cəsədi yatmış vulkanın içərisindəki isti, kükürdlü sularda tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 278

Oxşar yazılar