Hollivudda bütün dünyanın danışdığı 6 səs-küylü  xəyanət QALMAQALI
14 iyun 2026 12:06 (UTC +04:00)

Hollivudda bütün dünyanın danışdığı 6 səs-küylü xəyanət QALMAQALI

0

Bu xəyanətlər təkcə məşhurların özlərinə deyil, həm də mükəmməl sevgilərinə inanan pərəstişkarlarına zərbə olub.

Məşhurların sevgi hekayələri çox vaxt yalnız ilk baxışdan mükəmməl görünür. Gözəl qırmızı xalça fotolarının arxasında bəzən pərəstişkarlarının uzun müddət müzakirə etdiyi yüksək səviyyəli xəyanətlər, ictimai üzr istəmələri, boşanmalar və qalmaqallar olur.

Lent.az xəyanətlər nəticəsində münasibətləri pozulan məşhur cütlüklərin hekayələrini təqdim edir.

Kristen Styuart və Robert Pattinson

2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərində Kristen Styuart və Robert Pattinson Hollivudun ən sevimli cütlüklərindən biri idilər.

Pərəstişkarları onların real həyatdakı romantikasını Bella və Edvardın "Alatoran" filmindəki hekayəsinin davamı kimi görürdülər.

Фанаты не могли поверить: 6 громких измен в Голливуде, о которых говорил весь мир

Lakin, 2012-ci ildə cütlüyün münasibətləri böyük bir qalmaqala çevrilib. Paparassilərin internetdə Kristenin "Qar ağ və ovçu" filminin rejissoru Rupert Sandersi qucaqladığını göstərən fotoları yayılıb. O, o vaxt evli idi.

Şəkillərin dərc yayılmasından sonra aktrisa açıqlama verib və Pattinsondan üzr istəyib.

"O anlıq ehtiyatsızlıq həyatımdakı ən vacib şeyi, ən çox sevdiyim və hörmət etdiyim insan olan Robu təhlükəyə atdı. Mən onu sevirəm, sevirəm, çox üzr istəyirəm", - o bildirib.

Qalmaqaldan sonra Kristen və Robert qısa müddətə barışıblar, lakin növbəti il onlar birdəfəlik ayrılıblar.

Styuart daha sonra Pattinsonu "ilk sevgisi" və həmin dövrü çox travmatik adlandırıb.

"Kainatımı alovlandırdım və onun yanmasını izlədim", - aktrisa deyib.

Eyni zamanda, o, 20 yaşlarında çətin bir dövrdən sonra irəliləyə bildiyinə görə qürur duyduğunu da əlavə edib.

Arnold Şvartsenegger və Mariya Şrayver

Arnold Şvartsenegger və Maria Şrayver 1970-ci illərdə görüşməyə başlayıblar və 1986-cı ildə evləniblər.

Uzun müddət onların evliliyi möhkəm görünüb, lakin sonradan xəyanətin aşkarlanması ailəni məhv edib.

1996-cı ildə aktyorun ailəsi evdə olmadığı müddətdə Şvartsenegger ev işçisi Mildred Baena ilə həyat yoldaşına xəyanət edib. Daha sonra o, hamilə qalıb. Mariya da eyni vaxtda hamilə olub.

Arnold daha sonra əvvəlcə Mildredin ərinin uşağın atası olduğuna inandığını söyləyib.

Фанаты не могли поверить: 6 громких измен в Голливуде, о которых говорил весь мир

Lakin, oğlan təxminən yeddi-səkkiz yaşında olanda özünə bənzərlik hiss etməyə başlayıb.

Buna baxmayaraq, Şvartsenegger uzun müddət həqiqəti həyat yoldaşından gizlədib və eyni zamanda Mildredə maddi dəstək olub.

Təxminən 2011-ci ildə Mariyanın artıq öz şübhələri yarsanıb. O, Mildred və Arnoldla danışıb.

Elə həmin il Şrayver və Şvartsenegger boşanıblar və aktyor ictimaiyyətdən üzr istəyib.

Daha sonra o, Mariya ilə uşaqlarının xatirinə normal ailə münasibətlərini qorumağa çalışdıqlarını söyləyib.

"Biz dalaşmadıq. Bu, sadəcə mənim səhvim idi, elə deyilmi? Biz həmişə uşaqların bundan əziyyət çəkməməli olduqlarını açıq şəkildə bildirirdik", - o bildirib.

Şvartsenegger və Şrayverin dörd övladı var. Aktyor həmçinin oğlu Cozef Baena ilə münasibətlərini də bərpa edib.

Xloi Kardaşyan və Tristan Tompson

Xloi Kardaşyan və Tristan Tompson qısa müddətə xoşbəxt bir ailə qura biləcək cütlük kimi görünüblər. Lakin basketbolçunun xəyanəti səbəbindən münasibətləri dəfələrlə qalmaqalların mərkəzində olub.

2018-ci ildə, ilk övladları Trunun dünyaya gəlməsindən bir neçə gün əvvəl, Tristanın başqa bir qadınla öpüşdüyü şəkilləri ortaya çıxıb. Buna baxmayaraq, Xloi onunla qalmağa qərar verib.

2019-cu ildə Tompson yenidən xəyanət edərkən yaxalanıb. Bu dəfə qalmaqal daha da ağrılı olub, çünki qalmaqal Xloinin bacısı Kayli Cennerin ən yaxşı dostu Cordin Vudsla bağlı idi.

Фанаты не могли поверить: 6 громких измен в Голливуде, о которых говорил весь мир

Kardaşyan və Tompson daha sonra bir neçə il birlikdə yaşayıblar. Cütlük nəhayət 2021-ci ildə ayrılıb.

Xloi daha sonra etiraf edib ki, bütün bunlardan sonra artıq onun yanında özünü rahat hiss edə bilmir.

"Mən ona heç vaxt tam etibar edə bilməzdim və ya bir daha onun yanında özümü təhlükəsiz hiss edə bilmədim", - o bildirib.

Ayrıldıqdan sonra Tristanın yenidən Xloiyə xəyanət etdiyi və başqa bir qadından uşaq sahibi olduğu məlum olub.

Bu, xüsusilə ağrılı olub, çünki o zaman o və Kardaşyan surroqat analıq yolu ilə ikinci uşaqlarını dünyaya gətirməyi planlaşdırıblar.

Cud Lou və Sienna Miller

Sedi Frostla evliliyini bitirdikdən sonra Cud Lou Sienna Miller ilə görüşməyə başlayıb.
2004-cü ildə cütlük nişanlanıb və Britaniya şou-biznesinin ən gözəl cütlüklərindən biri hesab edilib.

Lakin, növbəti il onların ətrafında qalmaqal yaranıb. Xəbərlər yayılıb ki, Lou Siennaya uşaqlarının dayəsi Deyzi Raytla xəyanət edib. İddialara görə, uşaqlardan biri onları birlikdə yataqda tutub.

Фанаты не могли поверить: 6 громких измен в Голливуде, о которых говорил весь мир

Bundan sonra aktyor Millerdən açıq şəkildə üzr istəyib.

"Siennanı və bizə ən yaxın olanları incitdiyim üçün çox utanıram və kədərlənirəm", - o bildirib.

Daha sonra cütlük bir müddət münasibətlərini qorumağa çalışıb. Cud və Sienna yenidən yola davam ediblər, amma nəhayət, 2011-ci ildə ayrılıblar.

Beyons və Jay-Z

2014-cü ildə, Met Qaladan sonra, internetdə Solanc Houlzun kürəkəni Jay-Zi-yə liftdə hücum etdiyini göstərən bir video yayılıb.

Beyons həmin vaxt yaxınlıqda olub. Hadisə dərhal reperin xəyanətinin səbəb ola biləcəyi barədə şayiələrə səbəb olub.

2016-cı ildə Beyons ağrı, xəyanət və etibarsızlıq mövzularına toxunan "Lemonade" albomunu buraxıb.

"Gözəl saçlı Bekki" ifadəsi xüsusi diqqəti cəlb edib. Pərəstişkarları uzun müddət ki, bu görüntünün arxasında kimin dayandığı barədə fərziyyələr irəli sürüblər, lakin heç vaxt rəsmi təsdiq alınmayıb.

Фанаты не могли поверить: 6 громких измен в Голливуде, о которых говорил весь мир

Növbəti il  Jay-Z öz albomunda xəyanətinə bir neçə dəfə işarə edib. "The New York Times" qəzetinə verdiyi müsahibədə o, həyat yoldaşına verdiyi əzabdan da danışıb.

"Ən çətin şey kiminsə üzündə yaşatdığın ağrını görməkdir", - o bildirib.

Reper həmçinin qeyd edib ki, o və Beyons bu dövrdə yaradıcılıq yolu ilə irəliləyiblər.

"Biz sənətimizdən sanki terapiya seansı kimi istifadə etdik", - Jay-Z bildirib.
Qalmaqala baxmayaraq, cütlük birlikdə qalıb.

Riz Uizerspun və Rayan Filipp

Riz Uizerspun və Rayan Filipp 90-cı və 2000-ci illərin əvvəllərində Hollivudun ən məşhur gənc cütlüklərindən biri olublar. Lakin onlar 2006-cı ildə ayrılıblar.

Ayrılıqdan sonra Rayanın aktrisa Ebbi Kornişlə münasibətinin səbəb ola biləcəyi barədə şayiələr yayılmağa başlayıb. 

Daha sonra Filipp Ebbi ilə münasibətlərini açıq şəkildə təsdiqləyib. Onlar bir neçə ildir birlikdə olublar. 2008-ci ildə aktyor Rizdən ayrılması ilə bağlı şərh verərək, vəziyyətin reallığının mediada təsvir ediləndən daha mürəkkəb olduğunu vurğulaybı.

Фанаты не могли поверить: 6 громких измен в Голливуде, о которых говорил весь мир

Rayanın sözlərinə görə, qalmaqal zamanı Ebbiyə qarşı edilən rəftar ədalətsiz olub. 

"Düşünmürəm ki, yad adam boşanmaya səbəb ola bilər", - o bildirib.

Aktyor həmçinin əlavə edib ki, Rizlə evliliyindəki problemlər Kornişlə görüşməzdən əvvəl də başlayıb.

"Onunla görüşməzdən çox əvvəl münasibətlərimdə və evliliyimdə çətinliklər yaşayırdım", - Filipp izah edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar