Qax sakinlərinin mal-qarasını dələduzluqla ələ keçirən tutuldu - VİDEO
17 yanvar 2026 11:02 (UTC +04:00)

Qax sakinlərinin mal-qarasını dələduzluqla ələ keçirən tutuldu - VİDEO

0

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb. 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib. 

Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar