Qəbiristanlıqda  kütləvi dava   - VİDEO
14 mart 2023 19:19 (UTC +04:00)

Qəbiristanlıqda kütləvi dava  - VİDEO

Böyük Britaniyanın Suonsi şəhərində iki ailə qəbiristanlığın ortasında dava edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yayımlanan videoda Ceyms Koffi adlı bir adamın mikroavtobusunda başqa bir adamı məzar daşlarının arasından qovaraq onun arxasınca qaçdığını görmək olar. Ona çəkic və kərpiclə maşından düşən digər kişilər də qoşulub.

Münaqişənin digər iştirakçıları dəyənək və taxta lövhələrdən istifadə ediblər. Nəticədə iki nəfər ağır yaralanıb. Bir yeniyetmə bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis 7 nəfəri həbs edib. Mikroavtobusun sürücüsü 2 il 3 ay dəmir barmaqlıqlar arxasında, digər dava edənlər isə 1,5 ildən 3 ilə qədər azadlıqdan məhrum ediliblər. İki yeniyetmə şərti cəza alıb, onlara ödənişsiz işlə məşğul olmaq tapşırılıb.

# 2574
avatar

Oxşar yazılar