Qırmızıdan keçən minik avtomobili  avtobusa çırpıldı
18 yanvar 2026 07:47 (UTC +04:00)

Qırmızıdan keçən minik avtomobili avtobusa çırpıldı

0

Paytaxtın Rəşid Behbudov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, 14 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla  minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza minik avtomobilinin işıqforun qırmızı işığında hərəkəti davam etdirməsi nəticəsində baş verib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar