Qonşusunun evinə girib alt paltarlarını  oğurladı
07 mart 2024 14:25 (UTC +04:00)

Qonşusunun evinə girib alt paltarlarını oğurladı

Rusiyanın Sankt-Peterburq şəhərində bir kişi qonşularının mənzilinin açarlarını tapıb və ev sahiblərinin alt paltarlarını oğurlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ailə alt paltarlarının mənzildən yoxa çıxmağa başladığını aşkar edib. Məlum olub ki, cütlük altı ay əvvəl evin açarlarını itirib, lakin buna əhəmiyyət verməyib. Oğurluqlar təkrarlanmağa başlayanda ev sahibləri qapının yanında videomüşahidə kamerası quraşdırmaq qərarına gəliblər.

Martın əvvəlində məlum olub ki, qonşusu mütəmadi olaraq onların mənzilinə girir. Kişi şkafları eşələyir, mənzil sahibinin arvadının alt paltarını çıxarıb özü ilə aparır. 

Zərərçəkənlər polisə müraciət ediblər, oğru saxlanılıb, oğurluqların motivi müəyyənləşdirilir.

# 3300
avatar

Oxşar yazılar