Qusarda 40 ağac yandı
17 avqust 2022 23:57 (UTC +04:00)

Qusarda 40 ağac yandı

Qusar rayonunun İmanqulukənd kəndində fındıq bağının ərazisində 1 hektar sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 hektar sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1443
avatar

Oxşar yazılar