Türkiyədə daha bir bələdiyyə sədri və 27 nəfər  SAXLANILDI
02 oktyabr 2026 10:04 (UTC +04:00)

Türkiyədə daha bir bələdiyyə sədri və 27 nəfər SAXLANILDI

0

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan Bələdiyyəsində əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla 28 nəfər saxlanılıb.

Məlumata görə, əməliyyat Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib. Məlumata əsasən, saxlanılanlardan 23-ü dövlət qulluqçusudur.

Hazırda araşdırma davam edir və saxlanılan şəxslərin hüquqi statusu ilə bağlı əlavə məlumat gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar