Qusarda AİLƏ FACİƏSİ:  baba öldü, nənə və nəvə zəhərləndi
07 yanvar 2026 10:42 (UTC +04:00)

Qusarda AİLƏ FACİƏSİ: baba öldü, nənə və nəvə zəhərləndi

0

Qusarda bir ailə dəm qazından zəhərlənib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. 

Kənd sakinləri - 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları evdə dəm qazından zəhərləniblər. 

R.Əlsultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1332

Oxşar yazılar