Ramanada qaçırılan maşın Masazırda tapıldı
11 aprel 2024 13:27 (UTC +04:00)

Ramanada qaçırılan maşın Masazırda tapıldı

Aprelin 9-da Ramana qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.

Araşdırma aparılır.

# 3360
avatar

Oxşar yazılar