Bakıda balıqçı mağazasını POLİS BASDI:  129 bıçaq, 14 balta... - VİDEO
02 may 2024 12:03 (UTC +04:00)

Bakıda balıqçı mağazasını POLİS BASDI: 129 bıçaq, 14 balta... - VİDEO

Bakıda balıqçı mağazasında əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əmliyyat Pirallahı rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən baş tutub.

Nəticədə Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyən edilib. Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 ədəd bıçaq və 14 ədəd balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Mağazanın sahibi T. Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.

# 2700
avatar

Oxşar yazılar