Sabirabadda qadını maşın vurub öldürdü -  VİDEO -YENİLƏNİB
25 aprel 2025 20:49 (UTC +04:00)

Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən, yolu keçmək istəyən Sabirabad sakini – 49  yaşlı  Ruhiyyə Əliyevanı vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

***

20: 26

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən Sabirabad sakini 49 yaşlı  Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088

Oxşar yazılar