Salyanda AĞIR QƏZA,  3 nəfər öldü -FOTOLENT  -YENİLƏNİB
13 iyul 2025 18:29 (UTC +04:00)

Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB

Xəbərə fotolar əlavə edilib.

***

15:50

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.  

“QAZ 3111” markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parça Xalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500

Oxşar yazılar