Şamaxıda 15 yaşlı qız nişanlandı  - Polis atasını   cəzalandırdı
16 avqust 2025 11:38 (UTC +04:00)

Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atasını cəzalandırdı

Şamaxıda yeniyetmə qıza nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinə rayonunun Muğanlı kəndində 15 yaşlı qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar