Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.