Xaçmazda FACİƏ:  maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 19:41 (UTC +04:00)

Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü

Xaçmazda kişini elektrik cərəyanı vurub.

Lent.az xəbər verir ki, hadisə Niyazova kəndində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

59 yaşlı Xaçmaz şəhər sakini Şahid Daşdəmirov özünə məxsus olan sexin üzərindən sallanaraq maşınların keçməsinə maneə yaradan internet naqillərini əli ilə tutub yuxarı qaldırmaq istəyib. Lakin bu zaman bədbəxtlikdən onu cərəyan vurub. Nəticədə Şahid Daşdəmirov çoxsaylı xəsarətlərlə yerləşdirildiyi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar