Şəkidə  narkotik alverçiləri   tutuldu
18 mart 2023 09:03 (UTC +04:00)

Şəkidə narkotik alverçiləri tutuldu

Şəki rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyatlar zamanı Şəki şəhər sakinləri, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Sadiq Sadıqov və Məmmədseyid Ağababayev saxlanılıb.

Şəxsi axtarış zamanı M.Ağababayevdən 260 qram marixuana, S.Sadıqovdan isə heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə sonuncunun yaşadığı ünvana yaxın ərazidə narkotik vasitə gizlətdiyi də müəyyən olunub. Həmin yerə baxış keçirilərkən oradan 400 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

# 1293
avatar

Oxşar yazılar