"Real"ın baş məşqçisi Karlo Ançelotti bu mövsüm başa çatdıqdan sonra Braziliya millisini çalışdıracaq.
İtaliyalı mütəxəssisin yayda “Kral klubu”ndan ayrılaraq Braziliya yığmasına yeni baş məşqçi kimi qoşulacağı qeyd edilir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onun illik maaşı 10 milyon avro olacaq.
Bundan əlavə, müqaviləyə 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə 5 milyon avro mükafat da daxildir.
Qeyd edək ki, Ançelotti Braziliya milli futbol komandasına rəhbərlik edəcək ilk əcnəbi olacaq.