Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 10:28 (UTC +04:00)

Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR

Bir çox məşhurlar ata-ana olma sevincini yaşamaq üçün surroqat ana xidmətlərinə müraciət edirlər. Lakin onların bu şəxsi seçimi tez-tez kəskin tənqid və qınaqlarla qarşılanır.

Surroqat ana xidmətindən kimlər istifadə edib və niyə bu qərarlarına görə qınanırlar - Lent.az bu barədə məlumat verir.

Peris Hilton

Məşhur ictimai fiqur surroqat ana vasitəsilə ana olub. 2023-cü ilin yanvarında o və əri Karter ilk övladları – Feniks adlı oğlu ilə ailəni genişləndirdilər. Sonradan onların London adlı qız övladı da dünyaya gəldi. Perisin izahına görə, vaxtilə Kim Kardaşyanın tövsiyəsi ilə yumurtalarını dondurmuşdu. Əri ilə birlikdə olduqdan sonra embriyonları da dondurdular. Surroqat ana vasitəsilə uşaq dünyaya gətirmək qərarını bir neçə səbəbdən verib – o, hamiləlik dövründə cəmiyyətin təzyiqindən qaçmaq və analığa rahat şəkildə hazırlaşmaq istəyib. Bundan əlavə, yeniyetmə yaşlarında yaşadığı emosional və seksual zorakılıq da bu qərarda rol oynayıb.

Lili Kollinz

“Emily Parisdə” serialının ulduzu uşağını başqa bir qadının bətnində böyütməyə etibar edib. 2025-ci ilin fevralında ailəsində artım olduğunu açıqlayıb və bəzən qızı ilə kadrlar paylaşır. O və həyat yoldaşı Çarli Makdauell surroqat anaya və valideyn olmaqda onlara yardım edən hər kəsə sonsuz minnətdarlıq bildiriblər. Lakin bəzi istifadəçilər bu xəbəri tənqid üçün səbəb hesab etdilər. Bəziləri “zənginlərin doğmaq istəmədiyini” və bu xidmətləri dəbə çevirdiyini yazdılar. Digərləri isə vurğuladı ki, surroqat ana xidməti uşağı daşıya bilməyən qadınlara kömək edir.

Kameron Diaz

Aktrisa 2015-ci ildən musiqiçi Benci Medenlə evlidir. Məlumata görə, cütlük beş il ərzində uşaq sahibi olmağa çalışıb, lakin nəticə alınmayıb. 2020-ci ilin yanvarında onların Radiks adlı qızları dünyaya gəlib – surroqat ana vasitəsilə. Diaz bu hadisəni “möcüzə” adlandırıb. 2024-cü ilin martında isə onların Kardinal adlı oğlu doğulub.

Kim Kardaşyan

Kim surroqat ananı üçüncü övladı – Çikaqo adlı qızı üçün tutmuşdu. Daha sonra oğlu Psalmu da bu üsulla dünyaya gətirdilər. İlk iki uşağı – Nort və Seynt – özü dünyaya gətirmişdi. Lakin sonradan sağlamlıq problemləri səbəbindən yenidən hamilə qalmaq mümkün olmayıb. Hazırda Kim keçmiş əri Kanye Uest ilə uşaqların qəyyumluğu uğrunda mübarizə aparır. Kanye zaman-zaman nasizmə sevgisini ifadə edən açıqlamaları ilə dünyanı şok edir.

Nikol Kidman

Tom Kruzla nikahda olarkən Kidman hamilə qala bilməmişdi, buna görə iki uşaq – İzabella Ceyn və Konnor Entoni – övladlığa götürülmüşdü. Daha sonra Kit Urbanla münasibətlərdə o, Sandei Rouz adlı qızını özü dünyaya gətirdi. Lakin ikinci dəfə valideyn olmaq cəhdləri uğursuz oldu və surroqat ana xidmətinə müraciət etdilər. 2010-cu ildə onların Feyt adlı qızları doğuldu. Kidman o vaxt surroqat anaya və onlara bu arzunu gerçəkləşdirməyə kömək edən hər kəsə açıq şəkildə təşəkkür etmişdi.

Sara Cessika Parker

Aktrisanın üç övladı var. Böyük oğlu Ceymsi özü dünyaya gətirib. Amma Marion Loretta və Tabita Hoc adlı əkiz qızları surroqat ana vasitəsilə doğulub. O vaxt mediada bu qadının adı yayılmış və uzun müddət onu rahat buraxmamışdılar. Sara bildirirdi ki, yenidən ana olmaq üçün bu üsul həmin dövrdə ən uyğun yol idi.

Priyanka Çopra

Aktrisa və musiqiçi Nik Conas 2022-ci ilin yanvarında ilk dəfə valideyn olublar. Onlar uşaq sahibi olduqlarını gizlətməyiblər və uşağın surroqat ana tərəfindən doğulduğunu açıqlayıblar. Məlumata görə, Priyankanın reproduktiv sağlamlıqla bağlı problemi yox idi. Cütlüyün qrafiki çox sıx olduğu üçün bu yola əl atıblar.

Ulduzlar niyə surroqat ana xidmətlərinə görə tənqid olunurlar?

Yuxarıda qeyd olunan məşhurların hər biri surroqat ana xidmətinə görə müəyyən vaxtlarda tənqid hədəfi olub. Onları “uşaq satın almaqda”, bədən quruluşunu qorumaq istəməkdə və imtiyazlı həyatlarını nümayiş etdirməkdə günahlandırıblar, çünki bu xidmətlər ucuz deyil. Digərləri isə surroqat ana prosesinin etik olmadığını bildirərək qadın bədəninin xidmət alətinə çevrilməsini qınayıblar. Buna baxmayaraq, ulduzlar bildirirlər ki, bu yola ehtiyacdan görə baş vurublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar