Şəmkirdə ağır qəza-Ölən və xəsarət alan var -YENİLƏNİB -FOTO
18 yanvar 2026 12:27 (UTC +04:00)

Şəmkirdə ağır qəza-Ölən və xəsarət alan var-YENİLƏNİB-FOTO

0

Xəsarət alması səbəbilə 18 yanvar saat 00:40 radələrində 1985-ci il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, daha sonra özəl xəstəxanaya təxliyə edilən həmin şəxs həyatını itirib.

***

saat 12.18

Xəbərə foto əlavə edilib.

***

saat 09.22

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09.05

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar