Şəmkirdə zəncirvari qəza:  Ölənlər var  - YENİLƏNİB
23 mart 2024 22:52 (UTC +04:00)

Şəmkirdə zəncirvari qəza: Ölənlər var - YENİLƏNİB

Şəmkirdə baş verən ağır qəzada ölənlərin sayı artıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisədə ölənlərin sayı ikiyə çatıb.

Qəza zamanı Rəsul Əhmədov ölüb.

Hadisədə 1996-ci il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu, 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu və 1966-cı il təvəllüdlü Əminə Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

Saat 22:25

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106", "VAZ 2107" və digər avtomobil toqquşub.

Qəza zamanı 34 yaşlıƏhmədov Elçin Elxan oğlu hadisə yerində ölüb.

28 yaşlı Həsənov İlham Yılmaz oğlu, 26 yaşlı İmanov Seymur Nəcəf oğlu və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

# 3612
avatar

Oxşar yazılar