Avtoşluq edilən maşın
05 noyabr 2022 15:32 (UTC +04:00)

Avtoşluq edilən maşın

Sərxoş halda "avtoş"luq edib sosial şəbəkədə paylaşdı - FOTO

Avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşan Astara sakini həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon sakini Elşən Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub. Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib.

# 1428
avatar

Oxşar yazılar