Taksi sürücüsünə buna görə cinayət işi açıldı
04 yanvar 2026 17:05 (UTC +04:00)

Taksi sürücüsünə buna görə cinayət işi açıldı

0

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, o bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Hikmət Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

Hikmət Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1070

Oxşar yazılar