Tənha yaşadığı karavanda meyiti  tapıldı
10 yanvar 2026 13:51 (UTC +04:00)

Tənha yaşadığı karavanda meyiti tapıldı

0

Türkiyədə kişi tək yaşadığı karavanda ölü halda tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Konyaaltı qəsəbəsində qeydə alınıb.

Qohumları və kürəkəni 70 yaşlı Əbdürrəhman Coşqun Qurtarandan telefon vasitəsilə xəbər ala bilməyiblər. Bundan sonra onlar yaşlı kişinin tənha yaşadığı karavanın yerləşdiyi ünvana gediblər. Qapını aça bilməyən qohumlar polis çağırıblar.

Hadisə yerinə gələn polis və xilasedicilər qapını açaraq, içəri giriblər və Əbdürrəhman Coşqun Qurtaranın meyitini tapıblar.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2744

Oxşar yazılar