"Tik-tok"er "Beniz"in MƏHKƏMƏSİNDƏN  xəbər var
14 yanvar 2026 14:46 (UTC +04:00)

"Tik-tok"er "Beniz"in MƏHKƏMƏSİNDƏN xəbər var

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "tik-tok"er Aybəniz Xəlilovanın ("Beniz" ləqəbli) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  zərərçəkən şəxsin ölkə hüdudları xaricində olduğundan videokonfrans vasitəsilə dindirilib.

Zərərçəkən əvvəlki ifadələrini bu dəfə də təsdiqləyərək Aybəniz Xəlilovaya qarşı hər hansı bir iddiasının olmadığını və bu şikayətinin tənbeh xarakterli olmasına rəğmən müəyyən məsul şəxslərin marağı ilə mövcud vəziyyətə gəlib çatmasını, olanlara görə onu bağışlamasını istədiyini deyib. Kərimov ittihamda bildirildiyi kimi "Aybəniz Xəlilovanın onda hədə-qorxu ilə külli miqdarda pul alması" faktını təkzib edərək bunu müstəntiqin yol verdiyi yanlışlıq kimi qiymətləndirib.

Məhkəmə zərərçəkənin bu dəfəki ifadəsini məhkəmə protokollarına qeyd edilərək sübut kimi qiymətləndirib.

Növbəti prosrs 17 fevral saat 15:00-a təyin edilib.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

"Tik-tok"er barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar