“TikTok” və “İnstagram”da ucuz telefon almaq istəyənləri aldadan saxlanıldı - VİDEO
28 sentyabr 2023 16:40 (UTC +04:00)

“TikTok” və “İnstagram”da ucuz telefon almaq istəyənləri aldadan saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə vətəndaşları "ucuz qiymətə mobil telefon" adı altında kiber üsullarla talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “Tik-Tok” və “İnstagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növəti əməliyyat keçirilib. Tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar" başlığı adı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 23 yaşlı Telman Heydərov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədi ilə "ucuz qiymətə mobil telefon" almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

# 1893
avatar

Oxşar yazılar

Sexdən iki avtomobil oğurlandı

Sexdən iki avtomobil oğurlandı

4 dekabr 2023 , 12:02
"BOMJ"ları  qətlə yetirən   həbs edildi

"BOMJ"ları qətlə yetirən həbs edildi

4 dekabr 2023 , 11:52
Zaqatalada qoz ağacı ikinci dəfə bar verdi - FOTO

Zaqatalada qoz ağacı ikinci dəfə bar verdi - FOTO

4 dekabr 2023 , 10:38
Salyanda FACİƏ:  2 hərbçimiz dəm qazından boğuldu - YENİLƏNİB

Salyanda FACİƏ: 2 hərbçimiz dəm qazından boğuldu - YENİLƏNİB

4 dekabr 2023 , 10:24
Gəncədə DƏHŞƏT:  37 yaşlı kişi qollarını doğradı

Gəncədə DƏHŞƏT: 37 yaşlı kişi qollarını doğradı

4 dekabr 2023 , 10:17
Daha bir oğru qohum evi seçdi - YAXALANDI

Daha bir oğru qohum evi seçdi - YAXALANDI

4 dekabr 2023 , 09:56
Axtarışda olan 98 nəfər saxlanıldı

Axtarışda olan 98 nəfər saxlanıldı

4 dekabr 2023 , 09:35
Gəncədə 15 yaşlı qız itkin düşdü

Gəncədə 15 yaşlı qız itkin düşdü

4 dekabr 2023 , 09:00