Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi
25 aprel 2025 19:17 (UTC +04:00)

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu və Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətlərini Rusiyaının Baş Prokurorluğu təmin edib.

Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361

Oxşar yazılar