Ucarda 3 narkotacir  TUTULDU
01 may 2023 13:11 (UTC +04:00)

Ucarda 3 narkotacir TUTULDU

Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılanlar şəxslər barəsində rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri açılıb, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

# 1194
avatar

Fidan İlqar

Oxşar yazılar