Pensiyaçının ölümünə görə alınmayan əmək pensiyası necə əldə edilir? - CAVAB
27 mart 2024 14:10 (UTC +04:00)

Pensiyaçının ölümünə görə alınmayan əmək pensiyası necə əldə edilir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyaçının ölümü ilə əlaqədar alınmamış əmək pensiyası necə əldə edilməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləğini və dəfn üçün müavinəti kimlər ala bilər və bu müavinət nə qədərdir?

Lent.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir. 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir.

Hazırda 840 manat təşkil edir.

# 6765
avatar

Arzu Qurbanlı

Oxşar yazılar