Vətən müharibəsi iştirakçısını maşınla vurub öldürən polis imiş - YENİLƏNİB
04 mart 2023 14:47 (UTC +04:00)

Vətən müharibəsi iştirakçısını maşınla vurub öldürən polis imiş - YENİLƏNİB

Gəncədə avtomobillə piyadanı vurub öldürən şəxs polis əməkdaşı olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, 21 yaşlı Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu avtomobillə vurub öldürən Xəyal Yolçuyev Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşıdır.

Araşdırma aparılır.

***
Saat: 09:09

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 21 yaşlı, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 4203
avatar

Oxşar yazılar