Bakı-Qazax yolunda iki VAZ toqquşdu
28 avqust 2017 21:40 (UTC +04:00)

Bakı-Qazax yolunda iki VAZ toqquşdu

0

Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ 21099” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə xəstəxanalarının birinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar