FHN Bakıdakı bina yanğınıyla bağlı məlumat yaydı - YENİLƏNİB
25 avqust 2013 22:44 (UTC +04:00)

FHN Bakıdakı bina yanğınıyla bağlı məlumat yaydı - YENİLƏNİB

0

FHN-nin yaydığı rəsmi xəbərə görə, Bakının Nəsimi rayonunda hündürmərtəbəli yaşayış binasının birnci mərtəbəsindən  17-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri və 34 ədəd elektrik sayğacı  yanıb. Şaxtadan keçən digər kommunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

 

***

20:17

Bakının mərkəzində, Bülbül və Füzuli küçələrinin kəsişdiyi ərazidə yaşayış binasında yanğın başlayıb. Hadisə şahidlərinin Lent.az-a verdikləri məlumata görə, binanın yuxarı mərtəbələrinə başlayan yanğın genişlənməkdədir. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları gəlib. Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını almağa çalışırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2976

Oxşar yazılar