Azərbaycanın Rusiyadakı səfirliyi: "Emil Məhərrəmov vəhşicəsinə döyülüb"
16 aprel 2016 12:32 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfirliyi: "Emil Məhərrəmov vəhşicəsinə döyülüb"

 

"Aprelin 15-dən 16-na keçən gecə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gələrkən sürücü tərəfindən vəhşicəsinə döyülüb". Səfirlikdən Lent.az-a verilən məlumata görə, E. Məhərrəmov təcili yardımla şəhər xəstəxanasına yerləşdirilib və ona ilkin tibbi yardım edilib.

 

Məişət zəmində baş vermiş insidentin səbəblərinin araşdırılması üçün səfirlik təcili ölçülər götürüb. Zərərçəkən E. Məhərrəmov özü də hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edib.

 

İnsidentin detalları məlum olan kimi səfirliyin mətbuat xidməti əlavə məlumat verəcək. 

 

 

***

 

11:32

 

Moskvada özünü Azərbaycan səfirliyinin əməkdaşı kimi təqdim edən şəxs küçədə döyülüb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, polisə müraciət edən həmyerlimizin sözlərinə görə, o, taksi çağırıb. Yol gedərkən sürücü ilə aralarında konflikt yaranıb. Nəticədə Moskvanın mərkəzi küçəsi olan Konyuşkovskidə səfirliyimizin nümayəndəsini döyüblər.

 

Hadisə yerinə təcili yardım çağırılıb.

 

Hadisənin video görüntüsü də mətbuata yayılıb. Vətəndaşın çəkdiyi videodan görünür ki, ağ minik maşını dayanır və maşından düşən iki kişinin arasında dava düşür. Zərəçəkənin sözlərinə görə,  taksi sürücüsü ilə onun arasında  mübahisə hələ maşında ikən başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317

Oxşar yazılar

Beyləqanda körpə öldü

Beyləqanda körpə öldü

10 may 2025 , 11:54
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56
Ayı meşə işçisini parçaladı

Ayı meşə işçisini parçaladı

10 may 2025 , 09:25
Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

9 may 2025 , 21:06
Ağdamda qadını ilan sancdı

Ağdamda qadını ilan sancdı

9 may 2025 , 19:49