Bakıda avtomobilin vurduğu piyada ölüb.
Lent.az xəbər verir ki, hadisə noyabrın 3-də Nizami rayonu ərazisində qeydə alınıb.
"Ford tranzit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı bu gün orada ölüb.
Araşdırma aparılır.