Xəzərin sahilində məmurun meyiti tapıldı - FOTO
05 iyun 2023 18:37 (UTC +04:00)

Xəzərin sahilində məmurun meyiti tapıldı - FOTO

Siyəzəndə icra nümayəndəsinin müavini dəniz sahilində keçinib.

Lent.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə bu gün Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində, sahildə qeydə alınıb.

Belə ki, Siyəzən İcra Hakimiyyəti başçısının Beşdam kənd icra nümayəndəsinin müavini, 46 yaşlı Cabbar Camal oğlu Cabbarovun dəniz kənarında meyiti tapılıb.

Onun ürəktutmadan vəfat etdiyi ehtimal edilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Siyəzən Rayon Prokurorluğunda araşdırma başlanılıb.

# 2640
avatar

Oxşar yazılar