Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Lent.az xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb. Ondan ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
İlkin Rzayev