Bakı və Abşeronda bu ərazilərdə işıq olmayacaq
15 sentyabr 2026 08:31 (UTC +04:00)

Bakı və Abşeronda bu ərazilərdə işıq olmayacaq

0

Bu gün Bakı və Abşeronun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 15-də Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 09:00-dan 11:00-dək Heydər Əliyev prospekti, Nəbi Xəzri, Ruhulla Axundov, Məhəmməd Əmin Rəsulzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yasamal RETSİ-nə daxil olan Rahib Tağıyev, Vasif Əliyev, Nazim Hikmət, Məhəmməd Xiyabani, Çuxursəd küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar